“Mançester Siti”nin qələbə seriyası qırılıb.
Yenisabah.az xəbər verir ki, ümumilikdə 21, İngiltərə Premyer Liqasında 15 qələbə qazanan Pep Qvardiolanın yetirmələri 27-ci turda uduzub.
Çempionatın lideri ən yaxın izləyicisi “Mançester Yunayted”lə görüşdə 0:2 hesabı ilə məğlub olub. “Etihad” stadionundakı Mançester derbisində hesabı Brunu Fernandes açıb. O, 2-ci dəqiqədə penaltidən yararlanıb. Toyuqlu pizza
Ole-Qunnar Sulşerin yetirmələri fasilədən sonra fərqi artırmağa müvəffəq olub. Lük Şou 50-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, “Mançester Siti” 28 oyundan sonra 65 xalla turnir cədvəlinin lideridir. “Mançester Yunayted” həmşəhərlilərindən 11 xal geri qalır.
Telegram kanalımız