“Mançester Siti“nin 4 futbolçusu “Barselona“nın hədəfində

saytların hazırlanması

Evə çatdırılma

“Mançester Siti“nin 4 futbolçusu “Barselona“nın hədəfində

İdman

05 Mart 2023 13:38 836


"Barselona" "Mançester Siti"nin 4 futbolçusunu heyətinə cəlb etməyi planlaşdırır. 

Yenisabah.az Sport-es-ə istinadən xəbər verir ki, bunlar müdafiəçi Emerik Laport, yarımmüdafiəçilər İlkay Gündoğan, Rodri və Bernardo Silvadır. 

Mənbənin məlumatına görə, “Mançester Siti” heç bir halda Rodrini satmaq fikrində deyil. O, baş məşqçi Xosep Qvardiola üçün toxunulmaz oyunçudur. Silvanın komandasını dəyişməyə müsbət yanaşdığı bildirilib. Klubun yalnız "Leyptsiq"in müdafiəçisi Yoşko Qvardiolla müqavilə bağlayacağı təqdirdə Laportu satışa çıxara biləcəyi qeyd olunub. Kataloniya klubu mövsümün sonunda "şəhərlilər"lə müqaviləsi başa çatacaq İlkay Gündoğanın transferində də israrlıdır.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!