“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.
Yenisabah.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Divayn Naa ilə sözləşmə imzalanıb. Qanalı yarımmüdafiəçi ilə 3 ay + 1 il müddətində rəsmi müqavilə bağlanıb. Marqarita pizza
26 yaşlı futbolçu karyerası ərzində “Mançester Siti” (İngiltərə),”Stromqodset” (Norveç), “Breda” (Niderland), “Norşelland” (Danimarka), “Orebro” (İsveç), “Tubiz” (Belçika), “Hapoel” (İsrail), “Mosta” (Malta) komandalarının formasını geyinib. O, son olaraq Litva “Jalgiris”ində çıxış edib.
Divayn Naa “Turan Tovuz”da 24 nömrəli formanı geyinəcək.
Telegram kanalımız