“Mançester Siti“nin yetirməsi “Turan Tovuz“a keçir 

saytların hazırlanması

Evə çatdırılma

“Mançester Siti“nin yetirməsi “Turan Tovuz“a keçir 

İdman

03 Aprel 2023 15:25 997


“Turan Tovuz” heyətinə yeni oyunçu cəlb edir. 

Yenisabah.az xəbər verir ki, bu, qanalı yarımmüdafiəçi Divin Naahdır. 26 yaşlı yarımmüdafiəçi müqavilə bağlamaq üçün Bakıya gəlib. 

Klubun icraçı direktoru Nadir Nəbiyev Qol.az-a açıqlamasında məlumatı təsdiqləyib. O, hələlik keçidin rəsmiləşmədiyini, danışıqların davam etdiyini bildirib. Klub rəsmisi danışıqların uzun çəkməsinin futbolçunun sənəd problemi ilə bağlı olduğunu deyib.  Sezar pizza

Qeyd edək ki, “Mançester Siti”nin yetirməsi olan Naah daha sonra bir neçə kluba icarəyə verilib. Onun son klubu Litva “Jalgiris”i olub. Dayaq yarımmüdafiəsi mövqeyində çıxış edən futbolçu bu ilin əvvəlində "Jalgiris"dən ayrılıb və hazırda azad agent statusu daşıyır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!