“Mançester Yunayted” 7 əsas futbolçu ilə yollarını ayırır

saytların hazırlanması

Evə çatdırılma

“Mançester Yunayted” 7 əsas futbolçu ilə yollarını ayırır

İdman

20 Noyabr 2024 10:37 704


Ruben Amorimin baş məşqçi təyin edilməsindən sonra “Mançester Yunayted”in heyətində radikal dəyişikliklər özünü göstərməyə başlayıb.

Yenisabah.az xəbər verir ki, portuqaliyalı mütəxəssis komandanın 7 əsas oyunçusunu yola salmaq niyyətindədir.

Amorimin “qara siyahı”sına düşən futbolçular Antonio Kasemiro, Coni Evans, Kristian Eriksen, Tirel Malakiya, Viktor Lindelöf və əvvəlki kapitan Harri Maquraydır. Onların yerinə daha gənc və dinamik oyunçular axtaran 39 yaşlı baş məşqçinin axtarış trayektoriyası yaxından bələd olduğu Portuqaliya olacaq.  Marqarita pizza

“Sportinq Lissabon”un sükanı arxasında möhtəşəm nəticələr əldə edən Ruben Amorim keçmiş hücumçusu Viktor Qyökereşi “qırmızı şeytanlar”a gətirmək istəyir. Bu barədə o, klub rəhbəliyinə rəsmi müraciət edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!