“Mançester Yunayted“ Ronaldosuz daha yaxşı görünür“

saytların hazırlanması

Evə çatdırılma

“Mançester Yunayted“ Ronaldosuz daha yaxşı görünür“

İdman

23 Oktyabr 2022 13:32 1035


"Mançester Yunayted"in  sabiq müdafiəçisi Qari Nevill komandanın hücumçusu Kriştiano Ronaldo haqda danışıb.

Yenisabah.az xəbər verir ki, 37 yaşlı oyunçu İngiltərə Premyer Liqasının 12-ci turunda “Tottenhem”lə oyunda (2:0) meydana çıxmaqdan imtina edib. O, daha sonra matçın bitməsini gözləməyərək, stadiondan ayrılıb. Buna görə də portuqaliyalı futbolçu əsas komandadan uzaqlaşdırılıb. Həmçinin ona böyük məbləğdə cərimə kəsiləcək.

Q.Nevill baş verənlərlə bağlı "Sky Sports"a açıqlamasında deyib: “İndi Kriştianonu start heyətə salan "Mançester Yunayted" azarkeşlərinin çoxunu görmürəm. Komanda onsuz daha yaxşıdır. "Mançester Yunayted" çox qol vurur və  çox xal toplayır. "Yunayted" onsuz daha yaxşı görünür. Bütün bu məsələləri bu həftə bitirin və dünya çempionatına qədər barışın. Sonra bu vəziyyətlə məşğul olarsınız. Çünki bunun sona çatması lazımdır".  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!