“Mançester Yunayted“də Ronaldonun bu arzusu gözündə qalıb 

saytların hazırlanması

Evə çatdırılma

“Mançester Yunayted“də Ronaldonun bu arzusu gözündə qalıb 

İdman

30 Mart 2023 16:20 802


Kriştiano Ronaldo "Mançester Yunayted"də oynadığı zaman klubun kapitanı olmaq istəyib. 

Yenisabah.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. 2021-ci ildə portuqaliyalı futbolçu baş məşqçi vəzifəsini icra edən  Ralf Ranqnikdən onu komandanın kapitanı təyin etməsini istəyib. Alman mütəxəssis hücumçunun bu arzusunu yerinə yetirməyib və Harri Maquayrın kapitanlığını saxlayıb. Erik Ten Haq kluba baş məşqçi təyin olunduqdan sonra da ingilis müdafiəçi kapitan olaraq qalır. 

Qeyd edək ki, 38 yaşlı futbolçu ötən il noyabrın sonunda "Mançester Yunayted"dən ayrılmışdı. O, dekabrda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə müqavilə imzalayıb.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!