“Mançester Yunayted”dən qəribə transfer həmləsi

saytların hazırlanması

Evə çatdırılma

“Mançester Yunayted”dən qəribə transfer həmləsi

İdman

06 May 2025 16:18 455


İngiltərənin “Mançester Yunayted” klubu qapı xətti üçün yeni alternativ axtarır. “Qırmızı şeytanlar” 11 il öncə transfer etdiyi və forma şansı vermədiyi qapıçıya yenidən elçi düşüb.

Yenisabah.az xəbər verir ki, söhbət “Torino”nun serbiyalı qolkiperi Vanya Milinkoviç-Saviçdən gedir. 28 yaşlı qapıçının keçidi üçün ingilis klubu turinlilərlə danışıqlara start verib.

Qeyd edək ki, “Mançester Yunayted” 2014-2015 mövsümündə Milinkoviç-Saviçi “Vovodina” klubundan 1.75 milyon avroya transfer etmişdi. Lakin oyunçu heyətdə yer ala bilmədiyindən “Legia Qdansk” komandasına satılmışdı. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!