"Mançester Yunayted" futbol klubunun sahibi olan Coel və Avram Qleyzer qardaşları 10 milyard dollarlıq təklif ediləcəyi təqdirdə komandanın mümkün satışına açıq olduqlarını bildiriblər.
Yenisabah.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb. Bildirilib ki, Aleks Fergüssonun “qırmızı şeytanlar”ın baş məşqçisi vəzifəsindən getməsindən sonra komandanın ciddi uğur qazanmamasına baxmayaraq, amerikalı sahiblər klubu satmaq istəmirlər. Ancaq 10 milyard dollardan çox təklif alacaqları təqdirdə, onlar klubu satmaq üçün danışıqlara başlayacaqlar.
Əgər belə bir təklif gəlsə və razılıq olsa, o zaman “Mançester Yunayted” dünyanın ən dəyərli idman komandasına çevriləcək. Hazırda rekord 8 milyard dollar dəyərində qiymətləndirilən NFL komandası "Dallas Kovboys"dur. Pepperoni pizza
Qeyd edək ki, Qleyzer qardaşları 2005-ci ildə “Mançester Yunayted”i təxminən 800 milyon dollara alıblar.
Telegram kanalımız