İngiltərə Premiyer Liqasının ən titullu klubu “Mançester Yunayted” baş məşqçi Ruben Amorimlə əməkdaşlığa başlayıb. “Qırmızı şeytanlar” portuqaliyalı çalışdırıcı üçün “Sportinq Lissabon”a 10 milyon avro ödəyəcək.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, ötən həftə “Vest Hem”ə uduzan Mançester Yunayted, baş məşqçisi Erik Ten Haqla yollarını ayırıb. Komanda hollandiyalı mütxəssisə 17 milyon təzminat verəcək.
Qeyd edək ki, “Mançester Yunayted” son 10 il ərzində əvvəlki əzəmətini xeyli itirib. Ser Aleks Ferqusonun klubdan ayrılmasından sonra “mankunyan”lar İngiltərə liqası çempionluğuna həsrət qalıb. Dördpendirli pizza
Telegram kanalımız