Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.
Yenisabah.az xəbər verir ki, ilk oyun günündə "Mançester Siti" evdə "Real"ı qəbul edib. "Etihad" stadionundakı görüşdə qapılara 7 qol vurulub. Meydan sahibləri 4:3 hesabı ilə qalib gəlib
Bu komandalar arasında cavab qarşılaşması mayın 4-də oynanılacaq. Toyuqlu pizza
Qeyd edək ki, yarımfinalın digər oyununda bu gün "Liverpul" "Vilyarreal"ı qəbul edəcək.
UEFA Çempionlar Liqası, yarımfinal
İlk oyun
26 aprel
23:00. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) - 4:3
Qollar: Kevin De Brüyne, 2 , Jezus, 11, Foden, 53, Silva, 74 - Benzema, 33, 82-pen., Junior, 55
Baş hakim: İştvan Kovaç (Rumıniya)
"Etihad" stadionu
Telegram kanalımız