Manukyan barəsində cinayət işinin ilkin istintaqı bitdi

saytların hazırlanması

Evə çatdırılma

Manukyan barəsində cinayət işinin ilkin istintaqı bitdi

Dünya

09 Mart 2021 13:38 732


Ermənistanın keçmiş baş naziri, müxalifətin yaratdığı “Vətənin xilası uğurunda hərəkat”ın lideri Vazgen Manukyan barədə cinayət işinin ilkin istintaqı başa çatıb.

Yenisabah.az xəbər verir ki, bunu onun vəkili Aram Vardevanyan feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, V.Manukyan martın 4-də Ermənistanın İstintaq Komitəsinə çağırılıb və ondan ölkəni tərk etməmək barədə iltizam alınaraq sərbəst buraxılıb. Pepperoni pizza

V.Manukyan baş nazir Nikol Paşinyanın istefası tələbi ilə fevralın 12-dən 20-dək keçirilən mitinqdəki çıxışında hakimiyyəti güc yolu ilə ələ keçirməyə çağırışlar etməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin hakimiyyəti zorla ələ keçirmək, ölkənin ərazi bütövlüyünü pozmağa cəhd və konstitusiya quruluşunu güc yolu ilə dəyişməyə çağırış etmək maddələri üzrə ittiham irəli sürülüb. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!