Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri, "Lusavor Hayastan" Partiyasının sədri Edmon Marukyan Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığına toxunub.
Yenisabah.az xəbər verir ki, öz "Facebook" səhifəsində o, Ermənistan və Türkiyə liderləri arasında sonuncu dəfə birbaşa təmasların təxminən 10 il əvvəl baş verdiyini qeyd edib.
Manukyan əlavə edib ki, bu, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində son dərəcə mühüm addımdır. Sezar pizza
“Anlamalıyıq ki, Türkiyə ilə həmişəlik bağlı sərhədlər və sıfır diplomatik münasibətlər bizi heç bir yerə aparmayacaq, xüsusən də son müharibənin reallıqlarını nəzərə alsaq. Sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması formasında dialoqun davam etməsi və uğurla yekunlaşması vacibdir. Ermənistan fəal diplomatiyasını davam etdirir”.
Xatırladaq ki, iyulun 11-də baş nazir Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Telegram kanalımız