Maqdalena Qrononun mandatı daha 2 il uzadılacaq

saytların hazırlanması

Evə çatdırılma

Maqdalena Qrononun mandatı daha 2 il uzadılacaq

Siyasət

11 İyul 2025 19:29 297


Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun mandatı daha 2 il müddətinə uzadılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə “Report”un Avropa bürosuna Aİ Xarici İşlər Nazirləri Şurasının gələn həftə baş tutacaq iclasından əvvəl keçirilən brifinqdə birliyin yüksək çinli rəsmisi məlumat yayıb.

“Maqdalena Qrono regionun hər üç ölkəsində yaxşı əlaqələr yaradıb. Nazirlərin görüşündə Şuranın prezidenti onun bu vəzifədə fəaliyyətinin növbəti iki il müddətinə uzadılmasını təklif edəcək”, - Aİ rəsmisi qeyd edib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!