Maqsud Mahmudov qandallandı – Foto

saytların hazırlanması

Evə çatdırılma

Maqsud Mahmudov qandallandı – Foto

Kriminal

11 Aprel 2020 07:52 3465


Ukrayna Milli Təhlükəsizliyi Nazirli ölkə ərazisində əməliyyat keçirib.

“Yeni Sabah” Unikal.org-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində Azərbaycan hakimiyyəti tərəfindən beynəlxalq axtarışa verilmiş 51 yaşlı Maqsud Mahmudov saxlanılıb. 

Ukrayna Milli Təhlükəsizliyi Nazirliyinin yaydığı məlumatda bildirilir ki, M. Mahmudov ötən ilin noyabrından Ukraynaya gəlib və orada gizlənirmiş. Bu müddətdə o, taksi xidmətindən istifadə edərək mütəmadi telefon nömrəsini dəyişirmiş.  pizza

O, da bildirilir ki, M. Mahmudov Ukraynada siyasi mühacir statusu almaq niyyətində imiş və bu səbəbdən də o Kiyevdə kirayə tutduğu evdə qalırmış. Təhlükəsizlik orqanlarının əməkdaşları 51 yaşlı azərbaycanlını Kiyevin Qoloseyski rayonunda qaldığı mənzildə yaxalayıb.

Onun yaxın vaxtlarda Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.

M.Mahmudov daha əvvəl fırıldaqçılığa görə həbsdə olub.

Qeyd edək ki, M.Mahmudov xaricdə Azərbaycan hakimiyyətinin əleyhinə təhqir kampaniyası aparırdı.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!