Maqsud Mahmudovun Azərbaycana ekstradisiyasına kim mane olur? - Foto

saytların hazırlanması

Evə çatdırılma

Maqsud Mahmudovun Azərbaycana ekstradisiyasına kim mane olur? - Foto

Hadisə

07 Noyabr 2020 23:32 5206


Hələ apreldə Ukraynanın Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatının əməkdaşları ölkənin Milli polisi ilə birgə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Maqsud Mahmudovu saxlayıblar.

Yenisabah.az xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti saxlanılan şəxsin dələduzluq ittihamı üzrə beynəlxalq axtarışda olduğunu bildirib.

"Xüsusi xidmət orqanının təhqiqatçıları müəyyən ediblər ki, 51 yaşlı əcnəbi Ukraynada ötən ilin noyabrından gizlənib. Cinayətkar paytaxtda yalnız taksi ilə hərəkət edib və telefon nömrəsini dəyişib. O, Ukraynada vətəndaşlığını leqallaşmaq və vətənində cəzadan qaçmaq üçün siyasi qaçqın statusunu almağa çalışırdı", - xəbərdə deyilirdi. Marqarita pizza

Asayiş keşikçiləri tərəfindən keçirilən operativ axtarış tədbirləri nəticəsində onun yaşayış yeri müəyyən edilib. M.Mahmudov paytaxtın Qoloseevsk rayonunda kirayə etdiyi mənzildə saxlanılıb.

Məhkəmənin qərarına əsasən, o, iyulun 17-ə qədər - Azərbaycana ekstradisiya qərarı verilənədək həbsdə olmalı idi.

Lakin qalmaqallı biznesmen bu günə kimi Ukraynadadır.

Etibarlı mənbələrdən "Report"a verilən məlumata görə, M.Mahmudovun Azərbaycana ekstradisiyasına Ukraynanın Daxili İşlər naziri Arsen Avakov hər cür maneçiliklər törədir.

Arsen Avakov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!