Dieqo Maradona pis vərdişlərindən əl çəkə bilmir.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda Argentinanın “Ximnasiya” klubunun baş məşqçisi olan Dieqo Maradonanın şəxsi həkimi Leopol Luke bildirib ki, əfsanəvi futbolçu yeni problemlə üzləşib.
Həkimin dediklərinə görə, Maradona hazırda alkoqolizmdən əziyyət çəkir. pizza sifarişi
Xatırladaq ki, daha əvvəl əfsanəvi futbolçu narkotika asılılığından qurtulmaq üçün müalicə olunub.
“Onun bədəni narkotikadan təmizlənib. Amma indi alkoqollla bağlı problem yaranıb. O, bəzən çox içir. Biz indi bunu aradan qaldırmaq üzərində işləyirik. Karantin və ailəsindəki problem ona pis təsir edib. Son vaxtlar o, xüsusi preparatlar qəbul edir. Biz bunun dozasını aşağı salmağ düşünürük”, - deyə həkim bildirib.
Telegram kanalımız