"Ximnasiya Esqrima"nın (Argentina) baş məşqçisi Dieqo Maradona qalmaqallı hadisə ilə gündəmə gəlib.
"Yeni Sabah" xəbər verir ki, dünya futbolunun canlı əfsanəsi Argentina çempionatının 20-ci turu çərçivəsində "Rosario Sentral" ilə keçirilən oyunda (0:1) şübhəli hərəkət edib.
Matçın gedişində köməkçilərindən biri ona nəsə gətirib. Bunun çəkildiyini görən çalışdırıcının digər köməkçiləri kamera qarşısına keçiblər. Argentina mətbuatı isə 59 yaşlı mütəxəssisin köməkçisindən narkotik maddə aldığını yazıb. Keçmiş hücuma meyilli yarımmüdafiəçinin özü də dəfələrlə açıqlamalarında narkotikadan istifadə etdiyini bildirib.
Bütün bunlar baş məşqçinin oyun vaxtı narkotik qəbul etdiyinə dair ehtimalları gücləndirir.
https://www.youtube.com/watch?time_continue=90&v=pmHMZbS0Cwg&feature=emb_title&fbclid=IwAR0qdYqUdaxgZKf6mTAJLG-Wu3u-Iyxn6jRIsXPgZWCNwalimrLoXdkqgGw Telegram kanalımız