Maradonanın həkimi, psixiatrı və daha 6 tibb işçisi məhkəmə qarşısına çıxarılacaq.
Yenisabah.az xəbər verir ki, onları 5 ildən 25 ilə qədər həbs gözləyir.
İttiham aktına əsasən, həkimlər Maradonanın müalicəsi zamanı cinayətkar səhlənkarlığa və ehtiyatsızlığa yol verib, nəticədə o, dünyasını dəyişib. Hüquq-mühafizə orqanları əmindir ki, lazımi tibbi yardımla Maradonanın ölümünün qarşısını almaq və ya gecikdirmək mümkün olardı. Dördpendirli pizza
Xatırladaq ki, dünya çempionu 2020-ci ildə noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Maradona 2020 il noyabrın 2-də beyin qanamasından sonra əməliyyat olunub. O, noyabrın 10-da xəstəxanadan buraxılıb.
Vəkili bildirib ki, Maradona ölümündən 12 saat əvvəl tibbi yardımdan kənarda qalıb və təcili yardım çağırışdan yarım saat sonra gəlib.
Telegram kanalımız