Argentinada üç günlük milli matəm elan olunub.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə qərarı Argentina hökuməti verib.
Buna səbəb dünya futbolunun əfsanəsi Dieqo Maradonanın ölümüdür. Argentina millisi, “Napoli” və “Barselona” kimi bir sıra klublarda oynamış əfsanə bu gün 60 yaşında ürək dayanmasından vəfat edib. Dominos pizza
Qeyd edək ki, “Ximnasiya və Esqrima”nı çalışdıran Maradona noyabrın 3-də yerləşdirildiyi xəstəxanada əməliyyat olunduqdan sonra ayın 11-də buraxılıb. Xəstəxanadan sonra onu alkoqoldan asılılıqdan müalicə klinikasına yerləşdiriblər.
Telegram kanalımız