Belçikada bir fermer ölkə ərazisini 2.29 metr genişləndirib.
Yenisabah.az xəbər verir ki, buna fermerin Fransa ilə sərhəddi müəyyən edən daşın yerini bilmədən dəyişməsi səbəb olub.
Mətbuatda yer alan xəbərlərə görə, məsələ Belçikanın Erquelinnes Bələdiyyəsindəki meşədə gəzən bir nəfərin sərhəd daşının 2.29 metr irəlilədiyini görməsi ilə ictimailəşib. Sözügedən hadisə hər iki tərəfdən anlayışla qarşılanıb. Marqarita pizza
Fransız televiziya kanalı “TF1”ə danışan Erquelinnes Bələdiyyə başçısı David Lavau fermerin hərəkəti ilə bağlı, "Belçika böyüdərkən Fransanı kiçildib, bu, yaxşı bir fikir deyil. Bu cür hərəkət qonşu dövlətlər bir tərəfə, xüsusi torpaq mülkiyyətçiləri arasında da problemin yaranmasına səbəb olar”,-ifadələrinə yer verib.
Telegram kanalımız