“Marathon Petroleum” 9,9 milyard dollarlıq kəskin zərərlə üzləşib

saytların hazırlanması

Evə çatdırılma

“Marathon Petroleum” 9,9 milyard dollarlıq kəskin zərərlə üzləşib

İqtisadiyyat

06 İyul 2021 16:38 983


ABŞ-ın neft emalı, satışı və nəqlini həyata keçirən “Marathon Petroleum Corporation” 2020-ci ildə maliyyə itkisi ilə üzləşib.

Yenisabah.az-ın şirkətin maliyyə hesabatına əsasən verdiyi məlumatına görə, şirkət ötən ili 9,9 milyard xalis zərərlə başa vurub.

Bildirilib ki, şirkət 2019-cu ildə 2,3 milyard dollar mənfəət əldə edib. Hesabata görə, “Marathon Petroleum Corporation”ın ötən ilki zərəri 2019-cu ildə əldə edilən mənfəəti üç dəfəyə qədər üstələyib. Marqarita pizza

Qeyd edək ki, 2020-ci ildə ümumi gəliri 111,9 milyard dollar olan şirkətin 2019-cu ildə əldə etdiyi ümumi gəlirlərin həcmi də 38,3 faiz azalaraq 69,03 milyard dollara bərabər olub.

Qeyd edək ki, “Marathon Petroleum Corporation” şirkəti ABŞ-ın enerji sektorunda 1887-ci ildən fəaliyyət göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!