Mariya Stadnik 10-cu dəfə Avropa çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Mariya Stadnik 10-cu dəfə Avropa çempionu oldu

İdman

15 Fevral 2024 20:41 984


Azərbaycanın qadın güləşçisi Mariya Stadnik 10-cu dəfə Avropa çempionu olub.

Yenisabah.az xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qitə çempionatının finalında Türkiyə təmsilçisi Evin Demirhanla üz-üzə gəlib.

Rəqibinə tam üstünlüklə qalib gələn Stadnik qızıl medala yiyələnib. Sezar pizza

Bu gün yığmamızın digər üzvü Alyona Kolesnik (59 kq) də həlledici görüşə çıxacaq. O, finalda Alina Filipoviçin (Ukrayna) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatında 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb. Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) isə üçüncü yeri tutub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!