Mariya Stadnik 1/4 finalda uduzdu

saytların hazırlanması

Evə çatdırılma

Mariya Stadnik 1/4 finalda uduzdu

İdman

06 Avqust 2024 15:29 600


Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq.) bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. 

Yenisabah.az xəbər verir ki, onun ilk görüşü 1/8 finalda olub. İkiqat dünya, doqquzqat Avropa çempionu, Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı olan 36 yaşlı Mariya Almaniya təmsilçisi Anastasiya Blayvas (23 yaş) ilə qarşılaşıb. A.Blayvas dünya və Avropa çempionatının bürünc mükafatçısıdır. 

Görüş Stadnikin 6:2 hesablı qələbəsi ilə başa çatıb. O, 1/4 finala vəsiqə qazanıb. O, bu mərhələdə Monqolustan güləşçisi, dünya çempionatının ikiqat gümüş mükafçısı (2022, 2023) Dolqorjavin Otqonjarvalla qarşılaşıb. O, uduzaraq yarımfinala çıxa bilməyib.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!