Polşanın paytaxtı Varşavada güləş üzrə “Poland Open” turniri davam edir.
Yenisabah.az xəbər verir ki, bu barədə Güləş Federasiyası məlumat yayıb.
Yarışın 2-ci günündə bir güləşçimiz mübarizə aparıb. Dominos pizza
Mariya Stadnik (50 kq) gözlənildiyi kimi, uğurlu çıxış edib. Dünya qadın güləşinin canlı əfsanəsi finaladək kanadalı Keti Dutçaka, polşalı Amanda Tomçikə və Kanadanın digər təmsilçisi Madison Parksa "tuş"la qalib gəlib. Həlledici görüşdə təcrübəli polşalı güləşçi Anna Lukasyakla qarşılaşan Stadnik 7:0 hesablı qələbəylə "Poland Open" turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Sabah Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) turnirdə qüvvəsini sınayacaq.
Telegram kanalımız