Mariya Stadnikin Olimpiya medalı oğurlandı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Mariya Stadnikin Olimpiya medalı oğurlandı - Fotolar

İdman

09 Oktyabr 2021 16:41 1202


Azərbaycan güləşçisi Mariya Stadnikin medalı Ukraynada oğurlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Mariya Stadnik özü bildirib.

“2008-ci ildə Pekində qazandığım bürünc medalı məndən oğurladılar. Ümid edirəm ki, mənim medalımı kim oğurlayıbsa, bunu fəxrlə göstərirlər və danışarlar ki, onlara bu, necə çətin başa gəlib. Mən isə Allaha şükür edirəm ki, mənə daha bir Olimpiya mükafatı qazanmaq üçün güc verdi”. Dördpendirli pizza

Qeyd edək ki, Mariya Stadnik 2008-ci ildə Pekin Olimpiadasında bürünc, 2012-ci ildə Londonda gümüş, 2016-cı ildə Rio de Janeyroda gümüş və bu il Tokiodakı analoji turnirdə bürünc medal qazanıb. O dörd fərqli Olimpiya Oyunlarında medal qazanmaqla Azərbaycan idmanı tarixinə düşüb.

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!