Mark Zukerberqin sərvəti bir gündə 11 milyard dollar azalıb.
Yenisabah.az "Forbes"a istinadla xəbər verir ki, milyarder “Forbes Real-Time” reytinqində dünyanın ən zəngin adamları siyahısında 25-ci yerdən 29-cu yerə düşüb.
Qeyd edək ki, pandemiya zamanı “Meta” səhmləri kəskin bahalaşıb - 2021-ci il sentyabrın 7-də zirvədə onların qiyməti 382.96 dollara çatıb. İlin əvvəlindən bəri isə “Meta”nın səhmlərinin qiyməti 74% azalıb, Zukerberq isə təxminən 100 milyard dollar itirib. Pepperoni pizza
Telegram kanalımız