Türkiyədə ilk koronavirusa yoluxma halı müəyyən edildikdən sonra vətəndaşlar marketlərə axın edib.
“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, əhali xüsusən ən vacib qidaların və gigiyenik məhsulların satıldığı rəfləri boşaldıblar.
İstehlak Tətbiq Mərkəzinin fəxri prezidenti Aydın Ağaoğlu isə baş verənləri qınayıb. O, ölkədə kifayət qədər qida ehtiyatı olduğunu, əhalinin təşvişə düşməsi üçün isə heç bir səbəbin olmadığını bildirib. A.Ağaoğlunun sözlərinə görə, bu israfçılıqdır: pizza
"Marketlərə axın edənlər israfçılıq edir. Alınan məhsulların çoxu xarab olacaq və atılacaq".
Sabrina Eldarqızı
Telegram kanalımız