Marketlərdə buna mütləq əməl edin - Ekspertdən vacib açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Marketlərdə buna mütləq əməl edin - Ekspertdən vacib açıqlama

Sosial

11 Aprel 2020 20:54 1329


“Marketlər koronavirusun yayılmasına şərait yaradır”.

Yenisabah.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov iri marketlərin koronavirusun yayılmasında böyük rol oynadığını bildirib:

“Kassaya nəzarət edən şəxsin əlində əlcək var. O alıcıdan pul alıb, sayır, qalıq pulu qaytarır və s. Bu zaman eyni əlcəkdən virus müxtəlif insanlara keçə bilər. Virusun hansı yollarla yoluxduğunu nəzərə alsaq, onda elə marketlər ən böyük yoluxma məkanıdır”. Dördpendirli pizza

Birlik sədri çıxış yolunu nəğd ödənişlərdən qaçmaqda görür:

“Problemi həll etmək o qədər də asan məsələ deyil. Ən real çıxış yolu budur ki, nəğd ödənişlərdən mümkün qədər imtina etmək lazımdır. Daha çox kartla ödənişlərə üstünlük verilməlidir. Yalnız bu halda vəziyyəti yüngülləşdirmək olar”. /Yenicag.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!