Marketlərdə siqaret “qıtlığı”   - Səbəb nədir?

saytların hazırlanması

Evə çatdırılma

Marketlərdə siqaret “qıtlığı” - Səbəb nədir?

İqtisadiyyat

16 May 2022 21:17 1710


Bakıda marketlərdə bir çox siqaret markalarının satışı dayandırılıb.

Yenisabah.az xəbər verir ki, Sfera.az bu hal ilə bağlı araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki, xüsusən böyük marketlərdə siqaret "qıtlığı" yaşanır. Marketlər isə bu vəziyyəti xam malın yoxluğu ilə izah etməyə çalışır. pizza sifarişi

Lakin qeyri-rəsmi məlumatlarda bildirilir ki, siqaret satışının dayandırılması növbəti bahalaşma dalğası ilə əlaqədardır. Belə ki, marketlər siqaretlərin qiymətinin qalxacağını nəzərə alaraq, satışları müvəqqəti dayandırıb.

Qeyd edək ki, Azərbaycanın tütün istehsalı üçün xam mal Ukraynadan təmin edilirdi. 2021-ci ildə Azərbaycana gətirilən siqaretlərin təxminən 70 %-i Ukraynadan idxal olunub.

Nəzərə almaq lazımdır ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü səbəbindən bu ölkədən hazırda tütün almaq imkanlarımız sıfıra bərabərdir. Bu da daxili bazarda siqaretin qiymətlərinə təzyiq göstərəcək faktordur.

Bundan əlavə, ölkəmizdə işləyən siqaret fabrikləri də siqaretin istehsalında lazım olan məhsulları qismən Ukraynadan və Rusiyadan alır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!