ABŞ Senatı Marko Rubionun Dövlət Departamentinin rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib.
Yenisabah.az C-SPAN-ə istinadla xəbər verir ki, 53 yaşlı Rubio Ukraynanın neytrallığı və Rusiyaya qarşı sanksiyaların yumşaldılması tərəfdarıdır.
Senator qeyd edib ki, Ukrayna heç bir halda Rusiya qüvvələrini 2022-ci ilin fevralına qədər tutduqları mövqelərə geri qaytara bilməyəcək. Rubio hesab edir ki, Aİ-nin Rusiya enerji resurslarını alması Qərb ölkələrinin Moskvanı cilovlamaq imkanlarını zəiflədir. pizza
Respublikaçı dövlət katibi 2011-ci ilin yanvarından Senatın üzvüdür. O, Konqresin yuxarı palatasında Florida ştatını təmsil edir.
Telegram kanalımız