“Marsel“ - “Qarabağ“ matçını məhdud sayda azarkeş izləyəcək

saytların hazırlanması

Evə çatdırılma

“Marsel“ - “Qarabağ“ matçını məhdud sayda azarkeş izləyəcək

İdman

28 Dekabr 2021 12:22 626


Konfrans Liqasının pley-off mərhələsinin Fransada keçiriləcək "Marsel" - "Qarabağ" ilk matçını məhdud sayda azarkeş izləyə bilər. 

Yenisabah.az xəbər verir ki, buna səbəb Fransa hökumətinin 2022-ci il yanvarın 3-dən idman tədbirlərində azarkeş sayına tətbiq edəcəyi məhdudiyyətlərdir.

Qərara əsasən, qapalı məkanlarda 2 min nəfərdən, açıq havada isə 5 min nəfərdən çox tamaşaçı iştirak edə bilməz. Məhdudiyyətlərin qüvvədə olma müddəti barədə məlumat verilmir. pizza mizza

Qeyd edək ki, "Marsel" - "Qarabağ" oyunu fevralın 17-də keçiriləcək. Cavab görüşü isə fevralın 24-də Bakıda olacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!