Marselo “Qarabağ“la oyunda debüt edə bilər

Marselo “Qarabağ“la oyunda debüt edə bilər

İdman Veb saytların hazırlanması

27 Sentyabr 2022 10:05 948


Yunanıstan "Olimpiakos"un futbolçusu Marselo yeni klubunda ilk oyununu Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"a qarşı keçirə bilər.

Yenisabah.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, braziliyalı müdafiəçinin böyük ehtimalla Ağdam təmsilçisi ilə görüş üçün iştirak ərizəsində yer alacaq. Onun matçından gedişatından asılı olaraq, sonradan oyuna daxil olacağı gözlənilir.

Qeyd edək ki, oktyabrın 6-ı keçiriləcək "Olimpiakos" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!