Marşurut avtobuslarının hərəkəti dayandırılacaq?   - Cavab

saytların hazırlanması

Evə çatdırılma

Marşurut avtobuslarının hərəkəti dayandırılacaq? - Cavab

Sosial

28 Mart 2020 12:03 829


“Hazırda Bakı şəhəri üzrə 2100 avtobus günlik olaraq xəttə çıxır, onların sayında azalma yoxdur”.

Yenisabah.az xəbər verir ki, bunu  Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

M.Ağayev qeyd edib ki, Agentlik tərəfindən daşıyıcılara bir neçə tapşırıq verilib: Sezar pizza

“Bunlardan biri gündəlik xəttə çıxarılan avtobus sayının azaldılmamasıdır. Və tərəfimizdən buna nəzarət olunur. Digər tapşırıq epidemik vəziyyət nəzərə alınmaqla, intervalların tənzimlənməsidir”.

Agentlik rəsmisi sürüclərə qoyulan planın azaldılması məsələsinə gəlincə, bu  səlahiyyətin daşıyıcılarda olduğunu diqqətə çatdırıb:

“Biz plan qoymuruq. Ona görə bununla bağlı hansısa göstəriş verə bilmərik”.

M.Ağayev müntəzəm marşrut xətlərinin fəaliyyətinin tamamilə dayandırılacağı vaxtla bağlı konkret qərarın olmadığını deyib:

“Hazırda məsələ gündəmdədir. Avtobusların fəaliyyətinin tamamilə dayandırılması vətəndaşların karantin qaydalarına riayət etməsindən asılı olacaq”. (Modern.az)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!