Aktyor Elcan Rəsulov “TikTok” sosial şəbəkədəki qazancından danışıb.
Yenisabah.az xəbər verir ki, ATV telekanalında yayımlanan “7 canlı” proqramının qonağı olan sənətçi mart ayından bəri “TikTok”dan 1 qəpik belə qazanmadığını deyib:
“O qədər dediniz ki, mart ayından bəri heç nə qazanmıram. Bir qəpik belə. Çünki əvvəl hər gün canlı yayım açırdım. Sonra işlərim çoxdur deyə, girə bilmədim. Azərbaycan reytinq sıralamasında var idim. Həmin sırada bir çox məşhurlarımız yer alır. Pərvin Abıyeva, Kənan MM və başqaları. Pərvin Abıyeva həftənin birincisi oldu. "Tiktok"da çox da sərbəst olmaq olmaz. Nəzərə almalısan ki, insanlar səni izləyir. Bəziləri təhqir yazır. Başa düşürəm, diqqət çəkməyə çalışırlar, bu, psixoloji problemdir”. Pepperoni pizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız