“Həm keçmiş, həm də mövcud hakimiyyət orqanlarının Dağlıq Qarabağla bağlı açıqlamaları müstəqil komissiya tərəfindən yoxlanılmalıdır”.
Yenisabah.az xəbər verir ki, bunu “Maariflənmiş Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan parlamentdəki jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, danışıqlar prosesi, o cümlədən döyüş əməliyyatından əvvəl və döyüş zamanı ordunun vəziyyəti ilə əlaqəli olan bütün məsələlər diqqətlə araşdırılmalıdır. pizza sifarişi
O qeyd edib ki, komissiya həm hökumət, həm də müxalifətin bərabər iştirakı ilə qurulmalıdır, yalnız bu halda onun qərarı qərəzsiz olacaq və daha çox etimad yaradacaq.
Telegram kanalımız