Marukyan erməniləri biabır etdi:   “Təhqirdən xoşları gəlir“

saytların hazırlanması

Evə çatdırılma

Marukyan erməniləri biabır etdi: “Təhqirdən xoşları gəlir“

Rəsmi

11 İyun 2021 13:22 1229


“Baş nazirliyə namizədlərin qarşılıqlı təhqirləri xalqın xoşuna gəlir”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu "Parlaq Ermənistan” blokunun rəhbəri Edmon Marukyan bildirib.

“Dünən bir kənddə mənə birbaşa və dürüst bir şəkildə namizədlərin bir-birini təhqir etməsindən xoşlandıqlarını dedikdə, şok keçirdim. Xalq bu qarşılıqlı təhqirləri bəyənir. Soruşdum ki, bu, ümumiyyətlə, necə xoşunuza gələ bilər? Axı necə? Postsovet məkanında faiz nisbətində ən çox ali təhsilli vətəndaş Ermənistanda yaşayır. Bəs bu cür insanlar ölkənin hazırkı, keçmiş və digər liderlərinin iştirakı ilə qarşılıqlı təhqiri necə sevə bilər?” – deyə Edmon Marukyan şikayətlənib. pizza mizza

Onun fikrincə, bütün bunlar birbaşa xalqın indiki və əvvəlki hakimiyyətdən iyrənərək yorulduğuna dəlalət edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!