Masallı rayonunda ağac əkiləcək

saytların hazırlanması

Evə çatdırılma

Masallı rayonunda ağac əkiləcək

Sosial

13 Dekabr 2019 08:23 1215


Təbiətşünaslıq və ekologiya sahəsində Azərbaycan elminə və təbiətinə əvəzsiz töhfələr vermiş akademik Həsən Əliyevin Azərbaycanda, o cümlədən Abşeron yarımadasında meşəcinsli və meyvə ağaclarından ibarət meşə zolaqlarının salınmasında misilsiz xidmətlərini nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən elm xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 14 dekabr 2019-cu il tarixində Masallı rayonununda dəyirmi masa və  ağacəkmə aksiyası keçiriləcək.  

Bu barədə "Yeni Sabah"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat daxi olub. 

Bilidirilir ki, görkəmli alim Həsən Əliyev Azərbaycanda insan və təbiət münasibətlərinə yeni baxış  sisteminin formalaşdırılmasında, yerli meyvə sortlarının arealının genişləndirilməsi və meşə massivlərinə inteqrasiyasının təşkilində, yeni yaşıllıqların salınmasında mühüm  xidmətləri ilə gələcək nəsillərə örnək olub.  Marqarita pizza

Tədbirlərin keçirilməsində də məqsəd ölkəmizdə ətraf mühitin sağlamlaşdırılmasına, yeni meşə zolaqlarının salınmasına böyük önəm vermiş görkəmli alim Həsən Əliyevin xatirəsini yad etmək, onun ətraf mühit sahəsində qoyduğu irsi davam etdirmək, insanlar arasında təbiətə olan qayğı hissini təbliğ etməkdir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!