Masallı sakini döyülərək öldürüldü - Həmkəndlisi həbs edildi 

saytların hazırlanması

Evə çatdırılma

Masallı sakini döyülərək öldürüldü - Həmkəndlisi həbs edildi 

Hadisə

30 Yanvar 2024 16:19 569


Həmkəndlisinin ölümündə şübhəli bilinən şəxs həbs edilib. 

Masallı rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, yanvarın 27-də Masallı rayonu Musaküçə kənd sakini 1994-cü il təvəllüdlü Elnur Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

İlkin araşdırma zamanı 1996-cı il təvəllüdlü Nurlan Nuriyevin yanvarın 21-də aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Elnur Məmmədovun baş və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə çoxsaylı xəsartələr yetirməsi nəticəsində sonuncunun müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.  Dominos pizza

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Nurlan Nuriyev qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. 

Hazırda ibtidai istintaq davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!