Masallı sakini həmkəndlisini güllələdi

saytların hazırlanması

Evə çatdırılma

Masallı sakini həmkəndlisini güllələdi

Kriminal

19 Noyabr 2020 13:24 899


Masallı rayon Polis Şöbəsinə noyabrın 17-də saat 23 radələrində Babaser kəndi ərazisində qanunsuz ov edən kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Nərimanzadənin ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə həmkəndlisi A.Dadaşovun qarın nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, polis əməkdaşları Ə.Nərimanzadədən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!