Masallı sakinində qanunsuz odlu silah aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Masallı sakinində qanunsuz odlu silah aşkarlandı

Kriminal

26 Dekabr 2021 14:41 795


Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, bu istiqamətdə Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Xırmandalı kənd sakini M.Əzizovdan qanunsuz olaraq saxladığı bir ədəd “İJ-54” markalı ov tüfəngi aşkar edilərək götürülüb. pizza mizza

Həmin silah aidiyyəti üzrə təhvil verilib.

M.Əzizov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılmasından ötrü Masallı Rayon Məhkəməsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!