Masallıda ağır yol qəzası:   Ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Masallıda ağır yol qəzası: Ölən və yaralananlar var

Hadisə

02 Fevral 2025 16:37 317


Masallıda minik və yük avtomobilləri toqquşub, ölən və xəsarət alanlar var.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Ələt–Astara magistralının Masallı rayonunun Sərçuvar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Lənkəran rayonunun Sütəmurdov kənd sakini, 1953-cü il təvəllüdlü Rəsul Ələkrəm oğlu Kərimovun idarə etdiyi nəqliyyat vasitəsi, eyni istiqamətdə hərəkətdə olan ağırtonnajlı (TIR) yük avtomobilinə çırpılıb. Sezar pizza

Qəza nəticəsində minik avtomobilində olan sərnişinlər – Sütəmurdov kənd sakinləri; 1977-ci il təvəllüdlü Ramin Rəsul oğlu Kərimov, 1986-cı il təvəllüdlü Seyda Etibar qızı Kərimova və 2018-ci il təvəllüdlü Y.Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Sürücü R.Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, qəzanın baş verməsinə səbəb qatı dumanlı hava şəraiti olub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!