Masallıda çay plantasiyasından oğurluq edənlər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Masallıda çay plantasiyasından oğurluq edənlər saxlanıldı

Hadisə

01 İyun 2021 10:50 757


Masallıda çay plantasiyasından oğurluq edənlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Masallı rayonunun Kolatan kəndi ərazisində yerləşən çay plantasiyasının anbarından ümumi dəyəri 1115 manat olan 1 ədəd ot biçən aparatın, 2 ədəd traktor akkumulyatorunun, 1 ədəd odun kəsən mişarın və digər əşyaların oğurlanması ilə bağlı Masallı Rayon polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Pepperoni pizza

Araşdırmalarla onların Lənkəran rayon sakinləri R.Seyfullazadə, E.Eyvazzadə və bir nəfər yeniyetmənin olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!