Masallıda doğuş zamanı ana öldü

saytların hazırlanması

Evə çatdırılma

Masallıda doğuş zamanı ana öldü

Sosial

23 Aprel 2025 12:41 225


Aprelin 23-də saat 00:05 radələrində Masallı Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı ana ölüb.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, vəfat edən 1989-cu il təvəllüdlü, 40 həftə 3 gün hamiləliyi qeydə alınmış Nərmin Mehbalıyevadır.

TƏBİB-dən bildirilib ki, zəruri tibbi müayinələr aparılıb, doğuşun konservativ-gözləyici taktika ilə aparılması qərara alınıb. Saat 03:00 radələrində hamilənin səhhətində qəfləti pisləşmə müşahidə olunub və aparılan zəruri reanimasiya tədbirlərinə baxmayaraq, saat 03:26-da ölüm faktı qeydə alınıb. Toyuqlu pizza

Hazırda ölümün ilkin səbəbinin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!