Masallıda evdə yanğın: Üç texnika cəlb olundu

saytların hazırlanması

Evə çatdırılma

Masallıda evdə yanğın: Üç texnika cəlb olundu

Hadisə

18 Avqust 2024 22:21 718


Masallıda yaşayış evi yanıb.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, yanğın Anar Novruzov küçəsində yerləşən evdə baş verib.

1955-ci il təvəllüdlü Vaqif Oruc oğlu Qurbanova məxsus evdə baş verən yanğın barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub. Pepperoni pizza

Yanğının söndürülməsi üçün əraziyə üç texnika və canlı qüvvə cəlb edilib. Məlumata görə, yanğın ümumi sahəsi 216 kvadratmetr olan evin çardaq hissəsindən başlayıb və əsasən evin ikinci mərtəbəsini əhatə edib.

Yanğın söndürülüb, alovun evin digər hissələrinə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!