Masallıda həyətində toy edən şəxs cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Masallıda həyətində toy edən şəxs cərimələndi

Hadisə

21 Dekabr 2021 21:23 838


Masallıda yaşayış evinin həyətində təşkil edilən toy mərasimi zamanı karantin qaydalarının pozulduğu aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb. 

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə Masallı rayonunun Tatyanoba kəndi ərazisində fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində təşkil edilən toy məclisində iştirak edən qonaqların müəyyən edilmiş say həddindən artıq olduğu aşkarlanıb. Marqarita pizza

Karantin rejim qaydalarının pozulduğuna görə toy təşkilatçısı G.Qurbanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!