Masallıda irigövdəli ağac aşdı, yol bağlandı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Masallıda irigövdəli ağac aşdı, yol bağlandı - Fotolar

Hadisə

22 Avqust 2023 00:00 887


Masallıda 150 ailənin istifadə etdiyi yol bağlanıb. Ərazidə polis xidmət aparır.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, axşam saatlarında Masallı rayonunun Mollaoba kəndi, Nəriman Nərimanov küçəsində irigövdəli ağac aşaraq kənd sakini Səidə Məmmədtağı qızı Məmmədovaya məxsus evin damının üstünə düşüb.

Hadisə nəticəsində evin damına, həyətdəki yarımtikiliyə, hasara, eləcə də ərazidən keçən kommunikasiya xətlərinə, elektrik dirəklərinə ciddi ziyan dəyib, 150 ailənin istifadə etdiyi yol bağlanıb. pizza

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hazırda ərazidə polis əməkdaşları xidmət aparırlar. Yolda qəza baş verməməsi və nəqliyyatın alternativ yola yönləndirilməsi istiqamətində işlər görülür.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!