Masallıda karantin qaydalarını pozan sərxoş sürücü və sərnişin saxlanıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Masallıda karantin qaydalarını pozan sərxoş sürücü və sərnişin saxlanıldı - Foto

Kriminal

11 Aprel 2020 14:25 827


Masallıda karantin qaydalarını pozan sərxoş şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a daxil olan məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejiminin tələblərinin yoxlanılması zamanı rayon ərazisində Cəlilabad sakini olan Nahid Məmişov idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə saxlanılıb. Onun karantin qaydalarını pozduğu, həmçinin sərxoş vəziyyətdə sükan arxasında olduğu müəyyən edilib.

Məlumatda bildirilib ki, avtomobilin şöbənin duracağına yerləşdirilməsi zərurətinin yarandığını gördükdə isə sürücünün yanında sərnişin qismində olan, Cəlilabad rayon sakini, spirtli içki qəbul etmiş və karantin qaydalarını pozan qadın polis əməkdaşlarının qanuni tələblərini icra etməyərək öz qanunsuz əməllərini davam etdirib. Hər iki şəxs saxlanılaraq Masallı Rayon Polis şöbəsinə gətirilib. Marqarita pizza

Qeyd edək ki, həmin şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!