Masallıda koronavirus xəstələri ictimai yerlərdə aşkarlandı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Masallıda koronavirus xəstələri ictimai yerlərdə aşkarlandı - Foto

Hadisə

19 Fevral 2022 21:16 683


Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadıqları ünvanları tərk edən aktiv koronavirus xəstələri aşkar edilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, rayon sakinləri R.Həşimov və R.Həsənova COVID-19 infeksiyası testinin pozitiv nəticəsi səbəbindən ev şəraitində müalicə təyin edilib, onlara yaşayış yerlərini tərk etməmələri tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin rejimi qaydalarını kobud şəkildə pozduğu və yaşayış yerlərini tərk etdikləri müəyyən edilib. Onlar tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar. Dominos pizza

Faktlarla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!