Masallıda kütləvi zəhərlənmə

saytların hazırlanması

Evə çatdırılma

Masallıda kütləvi zəhərlənmə

Hadisə

28 May 2021 10:53 1031


Masallıda 5 nəfər zəhərlənib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, hadisə ötən axşam rayonun Şərəfə kəndində baş verib.

Zəhərlənən şəxslərin üçü bir ailədən, ikisi yaxın qohumlar olub. Dominos pizza

Gecə saatlarında vəziyyətləri ağırlaşdığından onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yüksək hərarət, ürəkbulanma ilə daxil olan xəstələrə ilkin olaraq qida zəhərlənməsi diaqnozu qoyulub.

Demələrinə görə, onlar təzə yetişdirilən pomidordan istifadə ediblər. İlkin zəruri tibbi yardımlardan sonra onlar infeksion xəstəliklər şöbəsinə yerləşdiriliblər. Müvafiq analizlər götürülüb, vəziyyətləri stabildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!